THY sərnişindaşımanı 12% azaldıb

THY sərnişindaşımanı 12% azaldıb
# 14 fevral 2017 06:07 (UTC +04:00)

Cari ilin yanvar ayında "Türk Hava Yolları"nın (THY) xidmətlərindən istifadə edən sərnişinlərin sayı 4,1 mln. nəfər təşkil edib.


"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12% azdır. Belə ki, 2016-cı ilin yanvarında 4,7 mln. sərnişinə xidmət göstərən THY-nin xidmətlərindən ötən ay 4,1 mln. nəfər istifadə edib.

Daxili xətlərdən istifadə edən sərnişinlərin sayı 5,1% azaldığı halda, beynəlxalq xətlərdə azalma 17% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR