Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 10 avqust 2015 11:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 20-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 59 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 10 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 17 m3/s təşkil edərək ongünlük normanın 25 faizinə bərabər olub.

Avqustun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 2, Bankədə 12 sm azalma, Surrada 1 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2014-cü il avqustun 10-da 298 sm), Şirvanda 169 sm (2014-cü il avqustun 10-da 130 sm), Salyanda 105 sm (2014-cü il avqustun 10-da 66 sm), Bankədə 175 sm (2014-cü il avqustun 10-da 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2014-cü il avqustun 10-da 20 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR