Messi avrokuboklarda 100-cü qolunu vurub

Messi avrokuboklarda 100-cü qolunu vurub
# 19 oktyabr 2017 00:12 (UTC +04:00)

Ötən axşam Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Barselona” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

APA-nın məlumatına görə, oyunun 61-ci dəqiqəsində Argentina millisinin və “Barselona” klubunun hücumçusu Lionel Messi avrokuboklarda 100-ü qolunu vurub.

Qolların 97-ni Messi Çempionlar Liqasında, 3-ü isə UEFA Superkuboku çərçivəsində rəqiblərin qapısından keçirib.

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu Portuqaliya millisinin və “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldodur. Onun aktivində 110 qol var, Messi 97 qolla ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR