İran: BAEA müfəttişləri İranın qeyri-nüvə obyektlərinə buraxılmayacaq

İran: BAEA müfəttişləri İranın qeyri-nüvə obyektlərinə buraxılmayacaq
# 14 may 2015 22:56 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada İran XİN rəhbərinin müavini Abbas Araqçi təşkilatın baş direktoru Yukiya Amano ilə danışıqlardan sonra bildirib.

“İranın nüvə sahəsinə aid olmayan obyektlərinə buraxılış təmin edilməyək. Bu, BAEA ilə imzalanmış sazişin əlavə protokoluna ziddir. Biz Əlavə protokola uyğun olaraq yalnız İranın nüvə obyektlərinə buraxılışın təmin olunması məsələsini müzakirə etmişik”.

“Hərbi obyektlər də daxil olmaqla qeyri-nüvə obyektlərinə buraxılışın şərtləri Əlavə protokolda xüsusi qeyd olunub və nümunələrin obyektə bitişik ərazilərdə götürülməsini nəzərdə tutur”, - deyə Araqçi bildirib və Amano ilə görüşün faydalı olduğunu qeyd edib.

İran XİN rəhbərinin müavini yekun sazişin hazırlanmasında hələ bir çox ziddiyyətlərin olduğunu bildirib: “Hələ bir çox fikir ayrılıqları var. Güman edirəm ki, tərəflərin maraqlarına cavab verəcək yekun sazişin mətninin hazırlanmasına iki həftə lazım olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR