ABŞ Suriya və İraqda iki ildə 50 min silahlının məhv edildiyini bildirib

ABŞ Suriya və İraqda iki ildə 50 min silahlının məhv edildiyini bildirib
# 09 dekabr 2016 02:35 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2014-cü ildən bu vaxtadək Suriya və İraqda keçirdiyi əməliyyatlar nəticəsində azı 50 min silahlı məhv edilib.

APA-nın xəbərinə görə, bunu “Frans Press” ABŞ-dakı yüksək çinli hərbi məmura istinadən məlumat yayıb.

Mənbə məhv edilmiş silahlıların real sayının xeyli çox olduğunu istisna etməyib.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ilin yay-payız aylarından başlayaraq İŞİD-in Suriya və İraqdakı mövqelərinə zərbələr endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR