Lavrov: "ABŞ İranla nüvə sazişinin iştirakçılarına təzyiq göstərir"

Lavrov: "ABŞ İranla nüvə sazişinin iştirakçılarına təzyiq göstərir"
# 15 may 2018 12:15 (UTC +04:00)

”ABŞ İranın nüvə proqramına dair sazişin iştirakçılarına təzyiq göstərir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün filippinli həmkarı Alan Piter Kaetano ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"İranla nüvə sazişinin iştirakçılarına ciddi təzyiq göstərildiyini görürük. İranla ticarət əlaqələrinin kəsilməsinin vacibliyi ilə bağlı ultimatumlar verilir. Bu cür plan kütləvi təzyiqdir", - deyə o qeyd edib.

Rusiya XİN başçısı bildirib ki, avropalı həmkarları İranla ticarət-iqtisadi əlaqələrində ABŞ-dan asılılığına son qoymağa hazırlaşdıqlarını deyib: "Bir şey aydındır. ABŞ İranla nüvə sazişindən çıxaraq bu sənədlə bağlı bütün hüquqlarını itirib. Məncə, onlar bunu inkar da etmirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR