Altı ay ərzində Təcili Tibbi Yardım Stansiyasına 365 mindən çox müraciət daxil olub

Altı ay ərzində Təcili Tibbi Yardım Stansiyasına 365 mindən çox müraciət daxil olub
# 30 iyul 2018 15:36 (UTC +04:00)

2018-ci ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 365442-dən artıq ümumi müraciət daxil olub. Bu da keçən illə müqayisədə 29182 nəfər çoxdur.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, müraciət edənlərdən 33113 nəfər xəstəxanalara yerləşdirilib.

Uşaqlar üçün edilən çağırışların sayı 435210, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 56741-dən artıq olub. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmələrdə fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1841 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya 1709 olub. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infarktı və insultla bağlı müraciətlərin sayında artım müşahidə olunub.

2018-ci ilin ilk 6 ayı ərzində təcili tibbi yardıma ehtiyacı olan 226 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR