Azərbaycanda prokurorların səlahiyyətləri artırılır

Azərbaycanda prokurorların səlahiyyətləri artırılır
# 08 dekabr 2017 14:49 (UTC +04:00)

Azərbaycanda prokurorluq orqanı əməkdaşlarının səlahiyyətləri artırılır. APA-nın məlumatına görə, bununla bağlı “Prokurorluq haqqında” qanunun 4-cü (Prokurorun fəaliyyət istiqamətləri) və 21-ci (Prokuror aktlarının növləri) maddələrinə əlavələr edilir, 27-ci maddə dəyişdirilir..

Maddə 4-ə edilən əlavəyə görə, prokuror qanunla nəzərdə tutulmuş qaydada və hallarda eyni zamanda səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işü zrə qərarlarından və ya qərardadlarından da protest verə biləcək. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edə biləcək.

Eyni müddəalar maddə 21-ə də əlavə edilir. MAddə 27-nin adı isə dəyişdirilərək belə verilir: “Məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest”. Bununla yixarıdakı əlavələr bu maddəyə də tövsiv olunur.

Hazırda isə maddənin adı belədir: “Məhkəmə qərarlarından protest”.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR