Banklarda iş yerlərinin azaldılması tempi maksimum həddə çatıb

Banklarda iş yerlərinin azaldılması tempi maksimum həddə çatıb
# 28 dekabr 2019 12:12 (UTC +04:00)

Bütün dünya üzrə banklar son 4 ildə iş yerlərinin azaldılması tempinin maksimum həddə çatdığını açıqlayırlar.

"APA-Economics"in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, banklar iqtisadi artımın azalmasına və yeni texnologiyalara uyğunlaşmaq üçün öz xərclərini azaldırlar. Bu il dünyada 50-dən çox kredit təşkilatı 77,78 min işçini ixtisara salmağa planlaşdırır və bu, 2015-ci ildən bəri ən yüksək rəqəmdir. Qeyd edək ki, ixtisarların təxminən 82%-i Avropa banklarının payına düşür.

Bundan əlavə, ixtisarlar ABŞ-dan da yan keçməyib. "Financial Times"ın veridiyi məlumata görə, “Morgan Stanley” dünya bazarlarında qeyri-müəyyənlik səbəbindən 1,5 min iş yerini ixtisar edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR