Zaqatalada narkotik tərkibli bitki becərən iki qardaş həbs edilib - VİDEO

Zaqatalada narkotik tərkibli bitki becərən iki qardaş həbs edilib - <span style="color: red;">VİDEO
# 20 iyul 2015 14:27 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada küllü miqdarda narkotik tərkibli bitki becərən iki qardaş həbs edilib.


Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində qanunsuz narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində tədbir keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Car kəndinin şimal-qərbində, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin 3-cü dalayında kultivasiya yolu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolu bitkisi əkilən sahə aşkarlanıb. Məlum olub ki, ərazidə narkotik tərkibli bitkini rayonun Car kənd sakinləri olan iki qardaş - 1976-cı il təvəllüdlü İslan Tahir oğlu İbrahimov və 1981-ci il təvəllüdlü Əhməd Tahir oğlu İbrahimov əkiblər.

Ümumi çəkisi 3,220 kq olan 358 ədəd çətənə kolu istintaqa təhvil verilib. İslam və Əhməd İbrahimov qardaşları tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR