Qara Qarayevin 100 illiyinə həsr olunan müsabiqəsinin yekun konserti keçiriləcək

Qara Qarayevin 100 illiyinə həsr olunan müsabiqəsinin yekun konserti keçiriləcək
# 29 may 2018 10:55 (UTC +04:00)

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsinin yekun konserti keçiriləcək. APA-nın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd simli, nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının artırılmasıdır.

Müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu Bakıda keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 120-ə yaxın gənc ifaçının çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhər, Bərdə, Quba, Qusar, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, hədiyyələrə və fəxri fərmanlara layiq görülüblər. Müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilmiş və onlar fəxri fərmanlarla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR