Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 08 avqust 2017 14:47 (UTC +04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün, avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR