İsmayıllıda tövlə yanıb

İsmayıllıda tövlə yanıb
# 17 avqust 2017 13:10 (UTC +04:00)

İsmayıllı rayonunda yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 14:00 radələrində rayonun Talıstan kəndində 1932-ci il təvəllüdlü Əhmədov Ənvər Güləhməd oğluna məxsus mal-qara tövləsi yanıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 72 kv.m olan tövlə və damındakı 3 ton ot bağlaması tamamilə yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlər alovun qarşısını alıb və yaxınlıqdakı evləri, ağacları alovdan mühafizə ediblər. Hadisə zamanı tövlədəki mal-qara və ev quşları xilas edilib, tələfat yoxdur. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR