İsmayıllıda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

İsmayıllıda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
# 02 aprel 2018 10:41 (UTC +04:00)

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mollaisaqlı kəndində VAZ-2106 və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində Mollaisaqlı kənd sakinləri 2014-cü il təvəllüdlü Şirəliyev Royal Seyran oğlu, 1996-cı il təvəllüdlü Şirəliyeva Röya Şakir qızı, Talış kənd sakini, 1967-ci il təvəllüdlü Rəhimova Sevinc Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Təcili Tibbi Yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR