Ərdoğan: “Türkiyə Suriyada kürd dövlətinin yaradılmasına yol verməyəcək”

Ərdoğan: “Türkiyə Suriyada kürd dövlətinin yaradılmasına yol verməyəcək”
# 08 iyul 2017 23:50 (UTC +04:00)

Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək. APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.

“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq”, - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR