Ukraynada sərnişin avtobusu yük maşını ilə toqquşub, 22 nəfər xəsarət alıb

Ukraynada sərnişin avtobusu yük maşını ilə toqquşub, 22 nəfər xəsarət alıb
# 19 may 2018 01:16 (UTC +04:00)

Ukraynanın Dnepropetrovsk vilayətində ağır yol qəzası baş verib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Kamenskoye şəhərində qeydə alınıb.

Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan 12-si xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR