Azərbaycan əhalisinin 70%-i fasiləsiz içməli su ilə təmin olunur

Azərbaycan əhalisinin 70%-i fasiləsiz içməli su ilə təmin olunur
# 06 fevral 2020 15:19 (UTC +04:00)

2019-cu ildə Bakı şəhəri və regionlarda "Azərsu" ASC tərəfindən 1 420 km magistral və şəbəkə su xətləri, 480 km kanalizasiya kollektoru və xətləri, ümumi tutumu 30 min kubmetr olan 16 su anbarı inşa edilib, 17 subartezian quyusu qazılıb.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bunu "Azərsu"nun sədri Qorxmaz Hüseynov 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, görülən işlər nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhəri üzrə isə 81,5%-ə, regionlarda 63,6%-ə, ölkə üzrə isə 69,9%-ə yüksəlib.

ASC-nin sədri qeyd edib ki, 2020-ci ildə şəhər və rayon mərkəzlərində layihələrin icrası davam etdiriləcək. Cari ildə içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq, modul tipli sutəmizləyici qurğular vasitəsilə su alan kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılacaq. Bu il Bakı şəhəri və Abşeron yarımadasında da yeni layihələrin icrası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR