Aydın Əliyev: "Rusiya Azərbaycan üçün ən böyük bazardır"

Aydın Əliyev: "Rusiya Azərbaycan üçün ən böyük bazardır"
# 29 yanvar 2018 10:27 (UTC +04:00)

"Rusiya bazarı Azərbaycan üçün ən böyük bazardır. Ötən il Rusiya tərəfinin Türkiyə pomidoru ilə yaranmış problemləri zamanı biz də çox böyük çətinliklərlə üzləşdik".

APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra bu ölkənin pomidorunun Azərbaycan pomidoru adı altında şimal qonşumuza ixrac olunması ilə bağlı narahatlığa da son qoyulub: "Azərbaycan Rusiya tərəfini inandıra bildi ki, bu iqtisadi tərəfdən mümkün deyil. Eyni zamanda, biz Rusiya tərəfi ilə dəfələrlə görüşlər keçirdik. Bu gün bu problem tam olaraq həll edilib. Bu gün artıq bu inamsızlıq da aradan qalxıb. İnamsızlıq məsələsi gündəmə gəlmir və mən bunu problem kimi görmürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR