Aİ-nın Siyasi və təhlükəsizlik komitəsinin sədri və üzvləri Azərbaycana səfər edəcək

Aİ-nın Siyasi və təhlükəsizlik komitəsinin sədri və üzvləri Azərbaycana səfər edəcək
# 20 sentyabr 2017 13:29 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Siyasi və təhlükəsizlik komitəsinin sədri və 28 üzvü Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, səfər oktyabrın 3-nə təyin olunub, lakin tarix dəyişə bilər.

Səfər zamanı Aİ-Azərbaycan münasibətləri, xüsusilə təhlükəsizlik siyasətinin aspektləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR