Gürcüstanda azərbaycanlı barəsində həbs-qətimkan tədbiri seçilib

Gürcüstanda azərbaycanlı barəsində həbs-qətimkan tədbiri seçilib
# 18 avqust 2017 16:34 (UTC +04:00)

Gürcüstanda narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli bilinərək saxlanılan Faiq Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, müvafiq qərar Tbilisi Şəhər Məhkəməsi tərəfindən qəbul olunub.

F. Hüseynov məhkəmədə günahsız olduğunu bildirib.

F. Hüseynovun atası Əkrəm Hüseynov də oğluna qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb.

Qeyd edək ki, son günlər Tbilisinin azərbaycanlılar yaşadığı Poniçala (Soğanlıq-red.) qəsəbəsində həyata keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR