Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 10,1 milyon manat ayrılıb

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 10,1 milyon manat ayrılıb
# 06 noyabr 2017 15:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR