Türkiyədə Rusiya səfirinin qətli ilə əlaqədar sabiq televiziya prodüseri həbs edilib

Türkiyədə Rusiya səfirinin qətli ilə əlaqədar sabiq televiziya prodüseri həbs edilib
# 24 noyabr 2017 22:20 (UTC +04:00)

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar “TRT Avaz” telekanalının sabiq prodüseri Heyrəddin Aydınbaş həbs edilib.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, H.Aydınbaş Ankarada cinayət işini aparan prokuror tərəfindən dindirilib.

Bundan sonra cinayət işləri üzrə məhkəmə H.Aydınbaş barəsində "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə həbs qərarı verib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR