İranda 27 İŞİD-çi yaxalanıb

İranda 27 İŞİD-çi yaxalanıb
# 07 avqust 2017 16:30 (UTC +04:00)

İran Təhlükəsizlik Nazirliyi prezident Həsən Ruhaninin andiçmə mərasimi öncəsi İŞİD terror təşkilatına bağlı qruplaşmanın zərərsizləşdirildiyini açıqlayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, qrup üzvləri İranın bir sıra şəhərləri və dini mərkəzlərində terror hadisələri törətmək niyyətində olub. Yaxalanan terrorçulardan külli miqdarda silah-sursat tapılıb.

Əməliyyat region ölkələrinin birinin təhlükəsizlik xidməti ilə əməkdaşlıq və məlumat mübadiləsi çərçivəsində gerçəkləşib.

Məlumatda bildirilib ki, terrorçular silah və partlayıcı maddələri ev əşyalarının içində gizlədərək ölkəyə keçirmək istəyib. Həbs olunmuş 27 terrorçudan 10 nəfəri sərhədlərdən kənarda, 17-si isə ölkə daxilində yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR