AMB-nin valyuta ehtiyatları 12% artıb

AMB-nin valyuta ehtiyatları 12% artıb
# 04 fevral 2020 10:39 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 340,8 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, bu, illik müqayisədə 684,9 mln. dollar və ya 12% artım deməkdir. Aylıq müqayisədə isə 82,8 mln. dollarlıq və ya 1,3%-lik artım qeydə alınıb.

Qeyd edək ki, 2019-cu il fevralın 1-nə AMB-nin valyuta ehtiyatları 5 655,9 mln. dollar, cari ilin əvvəlinə isə 6 250,8 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR