İsveçrə yığması DÇ-2018-ə vəsiqə qazanıb

İsveçrə yığması DÇ-2018-ə vəsiqə qazanıb
# 12 noyabr 2017 20:32 (UTC +04:00)

Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

APA-nın xəbərinə görə, İsveçrə yığması Bazeldə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Şimali İrlandiya ilə qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.

Rəqib meydanda, Belfastda keçirilən ilk matç İsveçrənin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

İsveçrə 11-ci dəfə futbol üzrə dünya çempionatında iştirak edəcək. Komanda üç dəfə (1934, 1938, 1954-ci illərdə) mundialın ¼ finalınadək yüksələ bilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR