Yevlax və Masallı sakinlərindən tapança və qumbara götürülüb

Yevlax və Masallı sakinlərindən tapança və qumbara götürülüb
# 18 iyul 2017 10:28 (UTC +04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Knyaz Bəkirovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Keşlə dəmir yolu stansiyasının ərazisində Masallı rayon sakini Ziyafət İbadova məxsus “KamAZ” markalı avtomobilə baxış zamanı “F-1” qumbarası və 1 ədəd alışdırıcı aşkar edilib.

Hər iki fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR