ABŞ vitse-prezidentinin Gürcüstan müxalifəti ilə görüşündə Saakaşvilinin məsələsi qaldırılıb

ABŞ vitse-prezidentinin Gürcüstan müxalifəti ilə görüşündə Saakaşvilinin məsələsi qaldırılıb
# 01 avqust 2017 11:10 (UTC +04:00)

Gürcüstan müxalifətinin liderləri ilə ABŞ vitse-prezidentinin görüşündə sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələ qaldırılıb.

APA-nın “Georgia Online” nəşrinə istinadən verdiyi məlumata görə, Vahid Milli Hərəkat partiyasının Siyasi Şurasının sədri Nika Meliya bildirib ki, görüşdə Gürcüstan hakimiyyətinin rəqiblərini təqib etməsindən danışılıb.

ABŞ vitse-prezidentinin sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələyə reaksiyasına gəldikdə isə N. Meliya bu haqda geniş danışmaq istəmədiyini bildirsə də, həmsöhbətinin ölkənin sabiq prezidentinin təqib olunmasından qəzəbləndiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR