Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin artım tempi zəifləyib

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin artım tempi zəifləyib
# 17 dekabr 2019 10:19 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 12 178,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 113,7 mln. dollar və ya 1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin on bir ayında ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 50,4 mln. dollar və ya 0,5% artaraq 10 015,3 mln. dollara, idxalın həcmi isə 63,3 mln. dollar və ya 3% artaraq 2 163,2 mln. dollara bərabər olub.

Hesabat dövründə 7 852,1 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 mln. dollar və ya 0,2% azalıb.

Qeyd edək ki, cari ilin əvvəli və ortalarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin artım templəri 20-30% civarında, daha sonra isə 3-4% civarında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR