ABŞ hərbçiləri Gürcüstana gəlib - FOTOSESSİYA

ABŞ hərbçiləri Gürcüstana gəlib - <span style="color: red;">FOTOSESSİYA
# 01 sentyabr 2017 11:31 (UTC +04:00)

ABŞ-ın dəniz piyadaları korpusunun əsgərləri Gürcüstana gəlib.

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, amerikalılar NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərində iştirak edəcəklər.

Təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan və ABŞ hərbçiləri ilə yanaşı, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR