ETSN: Hirkan Milli Parkında yanğın tam lokallaşdırılıb - YENİLƏNİB-1

ETSN: Hirkan Milli Parkında yanğın tam lokallaşdırılıb - <span style="color: red;">YENİLƏNİB-1
# 07 avqust 2017 16:53 (UTC +04:00)

Bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın tam lokallaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb: “Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb”.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

***

15:47

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş vermiş yanğın lokallaşdırılıb. ETSN-dən APA-nın cənub börosuna verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində iş aparılır.


Əlavə məlumat veriləcək.

***

14:42

Bu gün saat 13.00 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR