Moskvada Rusiya və Türkiyə Baş Qərargah rəisləri arasında danışıqlar keçirilib

Moskvada Rusiya və Türkiyə Baş Qərargah rəisləri arasında danışıqlar keçirilib
# 01 noyabr 2016 17:14 (UTC +04:00)

Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və onun türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlar keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.

Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını “mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR