FHN: Qəbələdə meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb

FHN: Qəbələdə meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb
# 30 avqust 2017 09:59 (UTC +04:00)

Qəbələdə meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında yanğınlar baş verib.

Alovun yayılmasının qarşısı alınıb, yanğınlar nəzarətə götürülüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR