Xaçmazda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 07:15 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolununun Xaçmaz rayonunun Ləman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şabran rayon Ağalıq kənd sakini, 36 yaşlı Ələsgər Yarıyevin idarə etdiyi 10 VT 983 dövlət nömrə nişanlı minik maşını ilə 10 GX 824 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə xəsarət alan Ələsgər Yarıyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR