Misirdə əyalət qubernatoru korrupsiyada ittiham olunaraq saxlanılıb

Misirdə əyalət qubernatoru korrupsiyada ittiham olunaraq saxlanılıb
# 14 yanvar 2018 23:30 (UTC +04:00)

Misirdə Mənufiyə əyalətinin qubernatoru Hişam Abdel Baset və bir qrup sahibkar korrupsiyada ittiham olunaraq saxlanılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, saxlanılmaya səbəb əyalət rəhbərinin sahibkarlardan birinə qeyri-qanuni torpaq sahəsi verməsi olub.

Araşdırma zamanı qubernator tərəfindən törədilmiş digər korrupsiya cinayətləri ifşa edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR