Koalisiyanın Rəqqaya endirdiyi zərbələr nəticəsində 43 dinc sakin ölüb

Koalisiyanın Rəqqaya endirdiyi zərbələr nəticəsində 43 dinc sakin ölüb
# 05 avqust 2017 21:06 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Rəqqa şəhərinə endirdiyi aviazərbələr nəticəsində 43 dinc sakin ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Suriya rəsmi qurumların məlumatına əsasən, beynəlxalq koalisiya avqustun 3-də Rəqqa şəhərinə 44 aviazərbə endirib. Nəticədə şəhərin üç rayonunda yaşayış binaları uçub, dinc sakinlər arasında xeyli sayda ölən və yaralananlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR