SOCAR neft hasilatını 2% azaldıb

SOCAR neft hasilatını 2% azaldıb
# 14 iyul 2017 11:24 (UTC +04:00)

2017-ci ilin I yarısında SOCAR 3 mln. 705,4 min ton neft hasil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azdır.

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, cari ilin iyun ayı ərzində dövlət şirkəti 609,3 min ton neft hasil edib.

Ümumilikdə, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə neft hasilatı 19 mln. 160,5 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% azalmadan xəbər verir.

Ötən ay ölkə üzrə 3 mln. 226,3 mln. ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR