SOCAR xərclərinə planlaşdırılandan 3 dəfə az qənaət edib

SOCAR xərclərinə planlaşdırılandan 3 dəfə az qənaət edib
# 20 sentyabr 2017 14:19 (UTC +04:00)

SOCAR-ın strukturuna daxil olan qurumlarda əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində məsləhətçi şirkət cəlb edilməklə işlər davam etdirilir.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, 2012-ci ildən başlayaraq SOCAR-ın Kompleks Qazma İşləri Trestində, "Azneft" İstehsalat Birliyində, Neft Kəmərləri İdarəsində, Heydər Əliyev adına Neft Emalı Zavodunda, Geologiya və Geofizika İdarəsində, "Neftqaztikinti" Trestində, "Qaz İxrac" İdarəsində, Qaz Emalı Zavodunda, "Azəriqaz" İstehsalat Birliyində, Nəqliyyat İdarəsində əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə geniş araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb: "Bu tədbirlər təsərrüfat fəaliyyətinin bütün sahələri üzrə əməliyyat fəaliyyətinin optimallaşdırılması və effektivliyinin artırılması, investisiya qoyuluşlarının, podrat işlərinin, nəqliyyat xərclərinin , təmir fəaliyyətinin, satınalmaların, yeni texnika və texnologiyaların, istehsal metodlarının tətbiqi nəticəsində görülən işlərin həcmində baş verən dəyişikliklər və bu dəyişikliklərə uyğun işçi heyətin sayının optimallaşdırılmasını əhatə edir. Qeyd olunan müəssisələrdə 981 tədbir üzrə planlaşdırılmış 341,8 mln. manat iqtisadi səmərənin faktiki olaraq 129,7 mln. manat məbləğində hissəsi reallaşdırılıb. Tədbirlər planının icra vəziyyətinə ciddi nəzarət olunması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir və tədbirlərin icra vəziyyəti qiymətləndirilir. Məsləhətçi şirkətin nümayəndələri ilə birgə SOCAR-ın əməkdaşları da müəssisələrdə əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması işlərində iştirak edərək bu sahədə müvafiq bilik və bacarıqlar əldə etmişlər və hal-hazırda həmin əməkdaşlarımız müstəqil olaraq SOCAR-ın digər qurumlarında əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması layihəsi çərçivəsində işə başlayıblar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR