Müharibə veteranları Ermənistan rəhbərliyinə müraciət edəcək

Müharibə veteranları Ermənistan rəhbərliyinə müraciət edəcək
# 26 mart 2018 16:50 (UTC +04:00)

“Cənubi Qafqazın II Dünya Müharibəsi veteranları Ermənistan rəhbərliyinə faşist Qareqin Njdenin Yerevandakı heykəlinin götürülməsi ilə bağlı müraciət etməyə hazılaşırlar”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Slavyan Xalqları Milli Konqresinin prezidenti, “Ölməz alay”ın rəhbərinin müavini Anjelika Zaxarova deyib.

O bildirib ki, müraciətin hazırlanması ilə bağlı Gürcüstan və Ermənistanın veteran təşkilatlarında müzakirələr aparılır və sənədin yaxın vaxtlarda ünvanlanacağı gözlənilir: “Yerevanın mərkəzində Hitlerin sağ əli olmuş Qareqin Njedinin heykəlinin ucaldılması Böyük Vətən Müharibəsində həlak olmuş insanların xatirəsinə təhqirdir. Sağ qalmış veteranlar Hitlerin əlbirlərinin törətdikləri fəhşiliklərin canlı şahidləri olublar”.

A. Zaxarova qeyd edib ki, Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına dünya ictimaiyyəti lazımı və tam qiymət verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR