Oman neft hasilatını 10% azaltmağa hazırdır

Oman neft hasilatını 10% azaltmağa hazırdır
# 07 noyabr 2016 12:51 (UTC +04:00)

Oman neft hasilatçıları ölkələri arasında müəyyən razılıq əldə olunduğu halda, neft hasilatını 5-10% azaltmağa hazırdır. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Omanın neft və qaz naziri Məhəmməd Həmid əl-Rumhi bildirib.

"İlk növbədə biz neft hasilatının azaldılmasına nail olmaq niyyətindəyik. Bu halda Oman hasilatı 5-10% azaltmağa hazırdır. Bizim üçün ikinci variant dondurulmadır", - deyə nazir bildirib.


O həmçinin qeyd edib ki, xammalın hasilatının dondurulması ilə bağlı razılığın əldə olunması da zəfərdir: "Əks halda hasilatçılar ciddi zərər görə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR