YAP-çı gənclər Rusiya səfirliyini ziyarət ediblər

YAP-çı gənclər Rusiya səfirliyini ziyarət ediblər
# 04 aprel 2017 14:48 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Rusiyanın Sankt-Peterburq şəhər metrosunda törədilmiş terror hadisəsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində olublar.

YAP Gənclər Birliyindən APA-ya verilən xəbərə görə, gənclər terror hadisələrinin qurbanları üçün ayrılmış xüsusi guşəyə gül dəstələri qoyublar. Daha sonra hadisələrə münasibət bildirən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, milliyətindən, dinindən, irqindən, cinsindən aslı olmayaraq terror törədən şəxs hər kəs tərəfindən qınanmalıdır: "Terror bütün bəşəriyyətin faciəsidir. Harada, hansı formada törədilməsindən aslı olmayaraq terrora qarşı amansız mövqe tutulmalıdır. Biz, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq, Rusiyada törədilən bu terror aktını şiddətlə qınayır, terror qurbanlarına, onların ailə üzvlərinə, bütövlükdə Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR