AMB 50 mln. manat cəlb edir

AMB 50 mln. manat cəlb edir
# 28 oktyabr 2016 10:54 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, oktyabrın 31-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR