HSBC: ABŞ-da prezident seçkilərində qızıl investorları qalib gələcək

HSBC: ABŞ-da prezident seçkilərində qızıl investorları qalib gələcək
# 03 noyabr 2016 10:01 (UTC +04:00)

Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərini kimi qazanmasından asılı olmayaraq, udan qızıla investisiya yatıranlar olacaq. "APA-Economics" xəbər verir ki, bunu HSBC bankının qiymətli metallar üzrə baş analitiki Ceyms Stil (James Steel) bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə qızılın qiymətində ciddi artım gözlənilir. "Donald Tramp seçkilərdən qalib ayrılarsa, qızılın bahalaşması sürətlənəcək. Klinton prezident olarsa, qızıl yenə bahalaşmaqda davam edəcək", - deyə analitik əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR