Cəlilabad sakinindən 1 kq-dan çox heroin götürülüb

Cəlilabad sakinindən 1 kq-dan çox heroin götürülüb
# 05 fevral 2018 10:06 (UTC +04:00)

Cəlilabad rayon sakinindən 1 kiloqramdan çox heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb. Onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu müəyyənləşdirilib. Baxış zamanı ondan çəkisi 1 kiloqram 200 qram heroin aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR