BANM Prezident təqaüdçülərinin sayına görə I qrup üzrə ölkə rekordunu qırıb

BANM Prezident təqaüdçülərinin sayına görə I qrup üzrə ölkə rekordunu qırıb
# 21 sentyabr 2017 10:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 24-ü Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.

BANM-dən APA-ya bildirilib ki, Ali Məktəb I ixtisas qrupu üzrə ölkə lideri olub. BANM bununla da I ixtisas qrupu üzrə tarixi rekordu müəyyənləşdirib. Buna qədər böyük rəqabətin getdiyi I qrupda heç bir universitet maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

24 Prezident təqaüdçüsündən 7 nəfər 700 bal, 13 nəfər 695 bal, 1 nəfər 691 bal, 3 nəfər isə 690 bal toplayıb. Onlardan 21 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 2 nəfər “Kimya mühəndisliyi”, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib.

Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərin sayı 101 nəfərə çatıb.

Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü

Ali məktəb

Prezident Təqaüdçülərinin sayı

Azərbaycan Tibb Universiteti

26

Bakı Ali Neft Məktəbi

24

Azərbaycan Dövlət İqtisad Universiteti

17

Bakı Dövlət Universiteti

16

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

9

“ADA” Universiteti

6

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

1

Naxçıvan Dövlət Universiteti

1

UFAZ

1

Polis Akademiyası

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR