Bakıda kafe və avtomobil yanıb

Bakıda kafe və avtomobil yanıb
# 15 yanvar 2018 06:55 (UTC +04:00)

Bakının Nizami rayonunda ümumi sahəsi 120 m2 olan kafenin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m2 sahədə yanıb, yüksək temperaturdan ümumi sahəsi 30 m2 olan digər otağın lambirdən ibarət tavanı əriyib.

FHN-dən APA-ya verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Paytaxtın Sabunçu rayonunda isə OKA markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR