Bəstəkar Qəmbər Hüseynlinin barelyefini oğurlayan şəxs tutulub

Bəstəkar Qəmbər Hüseynlinin barelyefini oğurlayan şəxs tutulub
# 11 oktyabr 2017 10:48 (UTC +04:00)

Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan dəstə üzvlərinin bəstəkar Qəmbər Hüseynlinin barelyefini də oğurlaması müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, nazirliyin ayrı-ayrı strukturlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barelyef oğurluğunda şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N. Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da üzə çıxıb.

Qeyd edək ki, saxlanılan şəxslər Yasamal rayonunda filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

Dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyənləşdirilərək məsuliyyətə cəlb edilib.

K. Əhmədovun oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR