Kürdəmirdə yaşayış binasında yanğın baş verib

Kürdəmirdə yaşayış binasında yanğın baş verib
# 07 yanvar 2017 08:49 (UTC +04:00)

Kürdəmir rayonunda 45 ailənin yaşadığı binada yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində məcburi köçkün Azər Məhərrəm oğlu Mehdiyevə məxsus sahəsi 18 kvadratmetrlik 1 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Ev sahibləri işdə olduğundan hadisə barədə ilk olaraq qonşular xəbər tutub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR