“Rotavirus deyilən virus hər yay bu vaxt daha sıx yayılır”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
Baş pediatr bildirib ki, rotavirus hər yerdə ola bilər: “Bu virusa böyüklərdə nadir halda rast gəlinir. Şəxsi gigiyenaya çox diqqət etmək lazımdır. Çox sevindiricidir ki, bəzi viruslara qarşı peyvəndlər var. Rotavirusa qarşı da peyvənd mövcuddur. 2-4-cü ayda uşaqlara buna qarşı peyvənd vurulur. 3 dəfə təyin ediləndə isə 2-4-6-cı ayında uşaqlara vurulur. 2 ayında uşağa bu peyvəndin vurulmasına başlanmayıbsa, 2,5 ayı keçəndən sonra o peyvəndi vurmaq olmaz. Belə olan halda şəxsi gigiyenaya riayət etmək lazımdır”.