Vəkil Əfsər Talıbov barəsində məhkəmə hökmündən verilən protest üzrə məhkəmə başlayıb

Vəkil Əfsər Talıbov barəsində məhkəmə hökmündən verilən protest üzrə məhkəmə  başlayıb
# 02 fevral 2018 08:11 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Əfsər Talıbov barəsində olan məhkəmə hökmündən prokurorun verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Əmir Bayramovun sədrlik etdiyi ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Prokuror cəzanın ağırlaşdırılmasını istəyib.

Qeyd edək ki, Ə.Talıbov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Ə. Talıbov sabiq deputat Gülər Əhmədovanın vəkillərindən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR