“Azəryolservis” paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir - VİDEO

“Azəryolservis” paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 08:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində “Azəryolservis” ASC ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi birgə işlərini davam etdirir.

Cəmiyyətdən “APA-Economics”ə verilən xəbərə görə, bu çərçivədə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində müəyyən addımlar atılıb.

Həmin ərazidə nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə geriyə dönmələrini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yol hissəsi salınır. Yaxın günlərdə nəqliyyat vasitlərinin dairəyə daxil olmadan geri dönmələri üçün salınan yol hissəsi sürücülərin ixtiyarına veriləcək. Yeni yol hissəsinin salınması ilə paralel, yol ötürücüsünün alt hissəsində abadlaşdırma işləri həyata keçirilir, səkilər və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.

Analoji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub. Hazırda Xətai prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri geri dönmə əməliyyatını yerinə yetirmək üçün Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən yol hissəsindən istifadə edirlər. Bununla həm uzaq məsafə qət edilir, həm də ərazidə sıxlıq yaranır. Məhz bütün bunlar nəzərə alınmaqla Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən geri dönmə üçün qeyd olunan ərazidə yeni yol hissəsinin salınması nəzərdə tutulub.

Bundan əlavə Y. Səfərov küçəsi ilə Ü. Hacıbəyli küçəsinin kəsişməsində yerləşən və nəqliyyat vasitələrinin geri dönməsi üçün nəzərdə tutulan yol hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Genişləndirilmə işi çərçivəsində yol ayrıcının kənarı 1,5 metr enində, 15 metr uzunluğunda söküləcək. Bununla da geri dönmə əməliyyatı yerinə yetirən nəqliyyat vasitələri küçə ilə hərəkətdə olan nəqliyyat vasitələrinə mane olmadan hərəkətlərinə davam edə biləcəklər. Nəticədə bu cür məqsədyönlü addımlar sadalanan ərazilərdə “tıxac”ın azalmasında müsbət təsir etmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR